Azərbaycanla Gürcüstan sərhədində nə baş verir? - Açıqlama yayıldı

Azərbaycanla Gürcüstan sərhədində nə baş verir? - Açıqlama yayıldı
25.06.2026 21:53

Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri aparılır.

TodayPress TV xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu sahə üzrə müvafiq tapşırıqlar verilir:

"Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər əsasən obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir. Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq".

Ş.Bağırov qeyd edib ki, belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq:

"Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq".

XƏBƏR LENTİ
20 AVQUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Bütün Xəbərlər