Ərikdən kimlər ehtiyatla istifadə etməlidir?

Ərikdən kimlər ehtiyatla istifadə etməlidir?
18.08.2026 16:20

Ərik mükəmməl yay qəlyanaltısı hesab olunsa da, bu meyvə hər kəs üçün faydalı olmaya bilər.

TodayPress TV xəbər verir ki, ərik "C", "A", "B" və "P" vitaminləri, həmçinin kalium, maqnezium, dəmir və fosforla zəngindir.

Bu meyvələrin immunitet sistemini dəstəklədiyi, mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırdığı, həzmi normallaşdırdığı, görmə qabiliyyətinə müsbət təsir göstərdiyi və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu bildirilir. Bununla belə, sağlam insanların belə gündəlik ərik qəbulunu təxminən 150 qramla məhdudlaşdırması tövsiyə olunur.

Əsas məhdudiyyətlərdən biri şəkərli diabetlə bağlıdır. Xüsusilə 2-ci tip diabetdən əziyyət çəkən şəxslərin ərik istehlakına diqqət etməsi vacibdir. Bundan əlavə, tərkibindəki turşular səbəbindən qastrit, mədə xorası və kəskin pankreatit zamanı ərikdən istifadə məsləhət görülmür.

Qaz, ishal və sidik yolları ilə bağlı problemləri olan şəxslər də bu meyvəni ehtiyatla qəbul etməlidirlər. Ərikdəki oksalatların bəzi insanlarda böyrək daşlarının əmələ gəlməsinə şərait yarada biləcəyi qeyd olunur.

Mütəxəssislər sağlamlıq vəziyyətindən asılı olaraq ərik istehlakının miqdarına diqqət yetirməyi və xroniki xəstəlikləri olan şəxslərin qida rasionunda dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməsini tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 В Турции микроавтобус съехал в кювет и перевернулся 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Сильные солнечные ожоги повышают риск рака 15:01 Трамп назвал Ормузский пролив новой территорией США 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 В Испании произошло землетрясение магнитудой 4,8: пострадали три человека 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Президент принял верительные грамоты новоназначенного посла Великобритании в Азербайджане 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 Все новости