Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..."

Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..."
18.08.2026 15:00

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar məktəb bazarlarında canlanma müşahidə olunur. Məhsulların qiymətləri isə keyfiyyət və markadan asılı olaraq geniş diapazonda dəyişir. Ötənilki müşahidələrə əsasən, adi məktəb çantaları 30–40 manat, daha ucuz variantlar 20 manatdan aşağı təklif olunub. Dəftərlər (12 vərəqli) 15 qəpikdən, qələmlər 35 qəpikdən, pozanlar 40 qəpikdən, rəngli karandaşlar 2,30 manatdan, iş dəftərləri isə 4,40 manatdan başlayan qiymətlərlə satılıb.

Məktəb ləvazimatları bazarındakı mövcud vəziyyəti və gözləntiləri TodayPress TV-yə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli şərh edib.


Ekspert bildirib ki, bu il də əsas risk qiymətlərin kəskin deyil, tədricən artması ilə bağlıdır:

"Xüsusilə avqustun sonu və sentyabrın əvvəlində tələbatın yüksəlməsi satıcılara endirimləri azaltmağa, bəzi məhsullarda isə qiymətləri artırmağa imkan verir. İqtisadçı Xalid Kərimli də bildirir ki, son illərdə məktəb ləvazimatları və məktəbli geyimlərində bahalaşma müşahidə olunur və tələbatın pik həddə çatdığı dövrdə qiymət artımı ehtimalı yüksəlir".

İqtisadçı vurğulayıb ki, valideynlər üçün ən böyük xərc təkcə çanta və forma deyil, bütün ləvazimatların birlikdə alınmasıdır:

"Dəftər, qələm, karandaş, boya, albom, iş dəftərləri və digər məhsullar ayrı-ayrılıqda ucuz görünsə də, hamısı toplandıqda kifayət qədər ciddi məbləğ yaranır. Xüsusilə bir ailədə iki və ya daha çox məktəbli varsa, bu xərc daha da artır".

Məktəbli forması bazarına da toxunan Mərkəz sədri qeyd edib ki, burada vəziyyət məhsuldan məhsula dəyişir:

"Əvvəlki illərdə bəzi forma məhsullarında hətta endirimlər də olmuşdu; məsələn, şalvar və ətəklərin qiyməti 25 manatdan 20 manata endirilmiş, köynəyin qiyməti isə 15 manat səviyyəsində saxlanılmışdı".

Yekunda Akif Nəsirli valideynlərə mühüm tövsiyə verərək diqqətə çatdırıb ki, bu il məktəb bazarlığında kəskin bahalaşmadan daha çox, ayrı-ayrı məhsullar üzrə cüzi və orta səviyyəli artım gözlənilir:

"Əsas bahalaşma riski dərs ilinə son günlər qaldıqca yaranacaq. Çünki həmin vaxt tələbat sürətlə artır və satıcıların endirim etmək marağı azalır. Buna görə alış-verişi son həftəyə saxlamamaq ailə büdcəsi baxımından daha sərfəli ola bilər", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 “Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib 14:44 Zədələrə fasilə: Alkaras və Rune birlikdə məşq edərək güc topladılar 14:35 Süni intellektin hazırladığı qanun qəbul oluna bilər? Vaşinqtonda gözlənilməz təhlükə 14:26 AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı 13:55 ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi 13:49 Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək 13:36 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı 13:27 Bütün Xəbərlər