Bağırsaq mikrobiomu idrak geriləməsini yavaşladır

Bağırsaq mikrobiomu idrak geriləməsini yavaşladır
21.03.2026 19:15

Beynəlxalq tədqiqatçılar qrupu bağırsaq mikrobiomunda dəyişikliklərin yaşlı insanlarda idrak geriləməsini yavaşlada biləcəyini müəyyən edib.

TodayPress TV xəbər verir ki, araşdırma "Nutrition Research" jurnalında dərc olunub.

2012–2025-ci illəri əhatə edən 15 tədqiqatın təhlilində 45 yaşdan yuxarı 4275 nəfərin məlumatları araşdırılıb. İştirakçılar arasında demensiya, yüngül koqnitiv pozğunluq və ya bu xəstəliklərin yüksək riski olan şəxslər yer alıb.

Tədqiqatlarda bağırsaq mikrobiotasını dəyişmək üçün müxtəlif üsullar – pəhrizlər, probiotiklər, prebiotiklər və mikrobiota transplantasiyası tətbiq olunub. Nəticədə iştirakçılarda bağırsaq bakteriyalarının müxtəlifliyi artıb və bu, yaddaş, icra funksiyası və ümumi idrak qabiliyyətinin yaxşılaşması ilə əlaqələndirilib.

Ən güclü təsir Alzheimer xəstəliyinin erkən mərhələsində müşahidə olunub, irəliləmiş mərhələlərdə isə təsir daha məhdud olub.

Alimlər bu müsbət nəticələri iltihabəleyhinə və neyroprotektiv xüsusiyyətlərə malik bakterial maddələrlə əlaqələndirirlər. Xüsusilə diqqət çəkən üsullardan biri bağırsaq mikrobiotasının transplantasiyası olsa da, bu metod hələ eksperimental sayılır və tam öyrənilməyib.

Daha əlçatan yanaşmalar, xüsusilə Aralıq dənizi pəhrizi daha sabit nəticələr göstərib. Bu pəhriz zeytun yağı və qoz-fındıqla birlikdə daha yaxşı idrak funksiyası ilə əlaqələndirilib. Eyni zamanda, probiotik və prebiotiklərin də yaddaş və dil bacarıqlarını yaxşılaşdıra biləcəyi müəyyən olunub.

Tədqiqat müəllifləri nəticələrin hələ ilkin olduğunu vurğulasa da, bu tapıntılar bağırsaq-beyin əlaqəsinin mühüm rolunu göstərir və gələcəkdə demensiyanın qarşısının alınması üçün yeni yanaşmaların inkişafına ümid yaradır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Все новости