"Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu?

"Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu?
30.06.2026 18:40

Bir sıra sosial şəbəkə platformalarında Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz olaraq sökülməsi iddialarına aydınlıq gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Yasamal rayon İcra Hakimiyyətindən məlumat verilib.

"Bildiririk ki, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan sakin Tatyana Aqafonovanın yaşadığı evin istismar müddəti başa çatıb", - deyə məlumatda bildirilib.

Əlavə edilib ki, müvafiq komissiya tərəfindən aparılan qiymətləndirmə və köçürülmə prosesi çərçivəsində sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib.

Eyni zamanda, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində qanunsuz tikilmiş, binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı binanın vəziyyətini daha da ağırlaşdıran əlavə tikili mövcuddur və hal-hazırda evin deyil,sözügedən qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü işləri aparılır.

Qeyd edək ki, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntü işləri aparılır. Sakinlərə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülmə prosesi həyata keçirilir.

Proses tam yekunlaşdıqdan sonra ərazinin abadlaşdırılması, mövcud tarixi binaların təmiri və bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июня 2026
Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeddinci nümunəvi çimərlik açıldı 18:24 Ceyhun Bayramov Katrin Bomberger ilə görüşdü 18:11 Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Президент Ильхам Алиев выразил соболезнования Делси Родригес 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Киберполиция разоблачила преступную группировку, организовывавшую незаконные азартные игры 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 СГБ(Служба государственной безопасности) предоставлены новые полномочия в связи со стратегическими объектами 16:22 Все новости