İlham Əliyev TDT Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik etdi - YENİLƏNDİ

İlham Əliyev TDT Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik etdi - YENİLƏNDİ
13.06.2025 10:46 Daxili siyasət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Konqres iştirakçıları!

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.

İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm.

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur.

Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.

Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir.

İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir".

***

10:21

Prezident İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, məktubu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər