XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı

XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı
06.08.2026 20:27

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpin şəhərində olub.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrpin şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına Liseyi və şəhər poliklinikası ilə tanışlıq olub. Müharibə nəticəsində ciddi dağıntılara məruz qalmış İrpin şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi töhfənin mühüm nümunələrindəndir.

Daha Azərbaycan hökumətinin dəstəyi ilə İrpində həyata keçirilməsi planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə tanışlıq həyata keçirilib.

Qeyd edək ki, İrpin şəhəri son illər Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın bariz nümunəsinə çevrilib. Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinə malik İrpin şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan park, küçə və lisey fəaliyyət göstərir, liseydə Azərbaycan dili tədris olunur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 Все новости