Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi
18.08.2026 17:53

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib.

TodayPress TV Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir ki, Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb.

Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

Bundan başqa, Yuşenko "Suraxanı" gəmi-muzeyində olub və orada Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində yaradılmış Ukrayna audio və video irsi ilə tanış olub.

Yuşenko həmçinin Bakıdakı Ukrayna Mərkəzində "Müharibə obyektivin gözü ilə" adlı foto-sərginin açılışında iştirak edib. Ekspozisiya Azərbaycan Fotoqrafları Birliyi ilə birlikdə hazırlanıb.

Diplomat xatırladıb ki, 2022-ci ildə Ukraynada səfərdə olan azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əziz Kərimov Rusiya zərbələrinin nəticələrini və ukraynalıların müharibə dövründəki həyatını lentə alıblar.

Qusev həmçinin xatırladıb ki, səfər çərçivəsində Viktor Yuşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutub.

"Tərəflər regionda və dünyada mövcud vəziyyəti, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi yollarını, həmçinin ticari-iqtisadi və humanitar təşəbbüsləri müzakirə ediblər", - səfir yazıb və Yuşenkonun Bakı səfərinin artıq başa çatdığını əlavə edib.

Bununla yanaşı, Qusev vurğulayıb ki, Ukrayna Azərbaycan rəhbərliyi və xalqnın dəstəyini yüksək qiymətləndirir və iki dövlət arasında dostluq və tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsində maraqlıdır.

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
İsrail HƏMAS komandirlərini vurdu 20:04 Dəhşətli QƏZA: Maşın vuran piyadalardan biri öldü, digəri isə… 19:52 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 В Турции микроавтобус съехал в кювет и перевернулся 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Все новости