Slovakiya Prezidenti İlham Əliyevi təbrik etdi

Slovakiya Prezidenti İlham Əliyevi təbrik etdi
23.12.2025 22:18

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Əziz dost.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində şəxsi xidmətlərinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, münasibətlərimiz ən yüksək səviyyədədir və bunu Slovakiyaya bu yaxınlarda etdiyiniz ilk rəsmi səfər də əyani şəkildə nümayiş etdirdi. Bu səfər qarşılıqlı anlaşmamızın dərinləşməsinə əhəmiyyətli dərəcədə töhfə vermiş və ortaq maraq doğuran müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasına rəsmi səfər etməyim üçün xoş dəvətinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm, bu dəvəti məmnuniyyətlə qəbul etdim. Gələn il gözəl ölkənizə yenidən səfər etmək şərəfinə nail olacağımı, bu dəfə rəsmi olaraq səfər edəcəyimi və əməkdaşlığımızın daha da dərinləşdirilməsi ilə bağlı dialoqumuzu davam etdirəcəyimizi səbirsizliklə gözləyirəm.

Zati-aliləri cənab Prezident, Sizə səmimi- qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bol enerji arzulayıram. Qoy ailənizlə, xüsusən də doqquz nəvənizlə birlikdə sevinc dolu anlar yaşayasınız, onlar Sizə, şübhəsiz ki, əvəzsiz sevincli anlar bəxş edirlər. Ölkənizə xidmət etməkdə və Azərbaycan xalqına sülh və firavanlıq gətirməkdə Sizə davamlı uğurlar arzulayıram.

Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm. Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm. 2026-cı ildə Sizə ən xoş arzularımı çatdırıram".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Все новости