Serbiyada Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd edildi

Serbiyada Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd edildi
07.11.2025 03:00

Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç, əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Militsa Djurdjeviç Stamenkovski, informasiya və telekommunikasiya naziri Boris Bratina, beynəlxalq iqtisadi əməkdaşlıq və kilsənin ölkədə və xaricdə sosial mövqeyinə cavabdeh olan portfelsiz nazir Nenad Popoviç, XİN-in dövlət katibi Damyan Yoviç, həmçinin Mədən və Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ailə Rifahı və Demoqrafiya Nazirliyinin, Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibləri, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "Ulduzunu tap" uşaq xoru tərəfindən hər iki ölkənin dövlət himni ifa ediləndən sonra səfir Kamil Xasiyev çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş şəhəri Şuşanın xalqımız üçün mühüm mədəni və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd olunub ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa edilib. Son beş il ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, yeni yollar, hava limanları, məktəblər və ictimai binalar inşa olunur, on minlərlə məcburi köçkün doğma torpaqlarına qayıdır.

K.Xasiyev bildirib ki, hərbi əməliyyatların başa çatmasından dərhal sonra Azərbaycan beynəlxalq hüququn prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla ikitərəfli münasibətlərin qurulmasını və sülh sazişinin imzalanmasını təklif edib.

Qəbulda Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb və Serbiya Prezidenti Aleksandar Vuçiçin gələn il Bakıya gözlənilən səfərinin iki ölkə arasındakı əməkdaşlığa yeni təkan verəcəyinə inam ifadə olunub. Azərbaycan Silahlı Qüvvələrinin Serbiya Respublikasındakı hərbi attaşesinin baş köməkçisi kapitan Cəfər Məmmədov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı və dövlətinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin parlaq təcəssümü, həmçinin milli birliyin və qürurun rəmzidir.

Tədbir çərçivəsində Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Milli Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviç dünya şöhrətli müğənni Müslüm Maqomayevin "Azərbaycan" mahnısını səsləndirib.

Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə xalqın qəhrəmanlığını və birliyini, işğaldan azad olunmuş bölgələrdə aparılan yenidənqurma işlərini əks etdirən qısa videoçarx nümayiş olunub.

Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 Bütün Xəbərlər