Ramin Məmmədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri ilə görüşdü

Ramin Məmmədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri ilə görüşdü
30.10.2025 16:45 Xarici siyasət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafı üçün güclü zəmin yaratdığı xüsusi vurğulanıb.

R.Məmmədov Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edərək, iki qardaş ölkə arasında dini sahədə əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərin, mədəni irsin, adət-ənənələrin qorunmasına və dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət nəticəsində ölkədə insanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur.

R.Məmmədov qeyd edib ki, dini konfessiyalar arasında qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus və uğurlu modeli formalaşıb. O, bu modelin dini icmaların fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, dini maarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, həmçinin müasir çağırışlara uyğun təşəbbüslərin səmərəli icrasında əhəmiyyətli rol oynadığını bildirib.

Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığı sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə multikulturalizm, tolerantlıq sahələrində layihələrin həyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasında elmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Bütün Xəbərlər