Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir?

Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir?
13.07.2026 12:02

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Okampo müəyyən maliyyə mənbəyindən yararlanın və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək verib. 

Bəs Luis Moreno Okampo kimdir?

Luis Moreno Okampo 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin ilk baş prokuroru vəzifəsində çalışıb. Son illərdə o, xüsusilə Qarabağ məsələsi ilə bağlı hazırladığı hüquqi rəy və açıqlamalar səbəbindən Azərbaycan rəsmiləri tərəfindən tənqid olunub.

O, Ruben Vardanyandan maliyyə dəstəyi alaraq Azərbaycana qarşı qərəzli kampaniyalar aparmaqda və əsassız "soyqırımı" iddiaları səsləndirməkdə ittiham olunur. Həmçinin iddia edilir ki, 2026-cı ildə yayılan gizli səs yazıları və video görüntülərində onun Rusiyadakı varlı ermənilərlə birlikdə xüsusi fondlar yaratdığı və Avropa İttifaqının qərarlarına rüşvət müqabilində təsir göstərməyə çalışdığı əks olunub.

Bundan əlavə, jurnalist araşdırmalarına əsasən, Moreno Okamponun Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olduğu dövrdə Panama və Britaniya Virciniya adaları kimi vergi cənnətlərində qeydiyyatdan keçmiş ofşor şirkətlər və gizli bank hesabları ilə əlaqəsinin olduğu iddia edilib.

Digər iddialara görə, o, baş prokuror vəzifəsindən ayrıldıqdan sonra Qəddafi rejiminə yaxınlığı ilə tanınan və müharibə cinayətlərində adı hallanan Liviya neft maqnatı Həsən Tatanaki ilə 3 milyon ABŞ dolları dəyərində məxfi konsaltinq müqaviləsi bağlayıb, həmçinin Beynəlxalq Cinayət Məhkəməsindəki əlaqələrindən istifadə edərək məxfi məlumatları həmin şəxsə ötürüb.

Eyni zamanda, Moreno Okampo haqqında vəzifəsindən sui-istifadə etdiyi, Afrikadakı bəzi siyasətçilərə, o cümlədən Keniya və Fil Dişi Sahilinin bəzi rəsmilərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində cinayət işləri başladaraq sonradan onları şantaj etmək və rüşvət almaq məqsədilə bu proseslərdən istifadə etdiyi barədə də iddialar irəli sürülüb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 июля 2026
Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi 13:40 Захид Орудж:Продажа одной квартиры нескольким лицам станет невозможной! 13:21 Президент объявил Азербайджан средней державой 13:04 Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı 12:22 Те, кто в свое время не давал кредиты под трубопроводы и коридоры, теперь выстроились в очередь у дверей Азербайджана 12:20 Иран находится под массированной бомбардировкой, Россия отправила на помощь свои истребители 12:03 Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Как в поезде был убит ненавидевший Азербайджан Гамсахурдия? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Сенсационная цифра: В направлении столицы летят более 350 БПЛА... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 „Зангезурский коридор — важный проект“, — Президент 11:29 Анкарский саммит НАТО продемонстрировал невероятную мощь Турции: против Турции начался "Крестовый поход" 11:16 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Все новости