Prezident İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ

Prezident İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ
15.10.2025 15:52 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş etdi.

Söhbət zamanı dövlətimizin başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlandı.

Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd etdi.

Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaratdı.

Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxundu, onun bütün bölgə üçün faydalı olacağını dedi.

Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

TodayPress TV

***

14:45

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ — 1
Prezident İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ — 2
Prezident İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ — 3
Prezident İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər