Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə...

Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə...
18.06.2026 13:01 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.

Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd etdi.

Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğuladı. Dövlətimizin başçısı imzalanacaq sənədlərin önəminə də toxundu.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlətimizin başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edildi.

Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Kredit sazişi imzalandı. Həmçinin imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu” mübadilə olundu.

Daha sonra dövlətimizin başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim etdi.

Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.

TodayPress TV

FOTOLAR

Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 1
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 2
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 3
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 4
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 5
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 6
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 7
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 8
Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... — 9
XƏBƏR LENTİ
18 IYUN 2026
Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF 15:42 Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik? 15:38 Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı! 15:29 Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi 15:13 Prezident: Ermənilərin məscidlərimizdə donuz saxlamaqlarını heç vaxt unutmayacağıq 15:17 Müharibənin acı mənzərəsi gözlər önünə sərildi: 555 nəfər artıq yoxdur... 15:02 Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir 14:46 Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu 14:47 "Araz-Naxçıvan"da yeni müqavilə 14:33 Yolunu tapdılar: Repetitorluq bitir 14:22 Azərbaycan xalqı Qarabağa köçür 14:16 Asiyanın ən varlı ölkəsi ilə viza aradan qalxır 14:13 Hamı Aykut Kocamanı gözləyirdi, amma sürpriz qərar verildi: "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu 13:52 Rusiya nə qədər vursa da, Moskva səması Ukrayna PUA-ları ilə doludur 13:54 Konate "Real"da - RƏSMİ 13:45 Zahid Oruc: ”Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir” 13:27 ADY bu istiqamətdə eneji sistemlərini yenilədi 13:30 Prezident ən yaxşı mükafatı "Dost"una verdi 13:23 Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... 13:20 Mübariz İbrahimov minalanmış sahəni keçib posta sızdı, sonradan gələn XTQ 45 meyit saydı – Ermənistan ordusu tarixində belə zərbə yeməyib 12:51 Sabahın havası açıqlandı - Neçə dərəcə isti gözlənilir? 12:42 "Uşaqları geyindir!" - Moskvada azərbaycanlı ailənin dəhşətli anları - VİDEO 12:36 DÇ-26: İkinci tura start verilir 12:28 TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olundu 12:21 Moskvada azərbaycanlıların işlədiyi bazara pua hücumu - GÖRÜNTÜLƏR 12:07 Bütün Xəbərlər