Milli Məclisin sədri G20 Parlament Sədrlərinin 11-ci Samitində çıxış etdi

Milli Məclisin sədri G20 Parlament Sədrlərinin 11-ci Samitində çıxış etdi
01.10.2025 23:22 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış mərasimində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən xəbərə görə, Sahibə Qafarova CAR-ın G20-yə sədrliyi üçün qəbul etdiyi “Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzusunun dünyamızın ehtiyac duyduğu mövzular olduğunu söyləyib. Bu mövzuların Azərbaycanın da bölüşdüyü prinsiplər olduğunu diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqində ölkəmizin baxışını- beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib. Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq qalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu davam etdirib. Spiker qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.

O, gələn ilin may ayında ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun və Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyini qeyd edərək, bu tədbirin həmrəylik, bərabərlik və davamlılığa nail olmaq istiqamətində daha bir qlobal platforma olacağını bildirib.

Spiker Sahibə Qafarova bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
"Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bütün Xəbərlər