Matinyon, Numea və Bujival sazişi: Yeni Kaledoniyada dekolonizasiya prosesinin təxirə salınması

Matinyon, Numea və Bujival sazişi: Yeni Kaledoniyada dekolonizasiya prosesinin təxirə salınması
03.09.2025 20:00 Xarici siyasət

Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb. Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və Kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli Kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır. 12 İyul 2025-ci tarixində imzalanan Bujival sazişi dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir. Yeni Kaledoniya hökümətində siyasi təmsilçilik və iqtisadi bərabərsizlik, xüsusilə də Yeni Kaledoniya iqtisadiyyatının dayağı olan nikel sənayesi ətrafında gərginliklər artarkən, Fransa bu prosesləri Kanak dekolonizasiya prosesini ertələyir. Bu isə BMT-nin 1514 saylı qətnaməsinin tanıdığı dekolonizasiya prinsiplərinə ziddir.

Matinyon Sazişi (1988): tutulmamış vəd

1988-ci ildə Fransanın kolonial siyasətinə qarşı uzun illər davam edən Kanak müqavimətindən sonra Matinyon sazişi imzalanır. Saziş 10 il sonra referendumunun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçü təşviq etməklə və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarəti artırmaqla Kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea sazişi imzalandı. Bu manevr Fransanın əsl niyyətini üzə çıxardı. Matinyon sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.

Numea Sazişi (1998): saxtalaşdırılmış seçkilər

1998-ci ildə imzalanmış Numea sazişi, 2018–2022-ci illər arasında üç müstəqillik referendumu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim olunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs vermə hüququ verməklə Kanakların təsirini zəiflətdi. Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un  kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağı seçdi. Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab olundu. Beləliklə, dekolonizasiya adı altında təqdim olunan Numea sazişi əslində demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

Bujival sazişi: müstəqilliyə yeni maneə

Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürür. Beləliklə seçici korpusunu daha da genişləndirərək Kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və Kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur. 

Üç sazişi müqayisə edərkən aydın bir sxem görünür. Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Matinyon sazişi keçirilməmiş referendum vədi ilə mövcud kolonial siyasəti gücləndirdi. Numea sazişi referendum çərçivəsi təqdim etsə də, seçki manipulyasiyası və Fransanın müdaxiləsi ilə zəiflədi. Nəticədə 2021-ci ilin boykot olunan referendumuna gətirib çıxardı. Nəhayət, Bujival sazişi Kanakların siyasi gücünü sarsıdan və Fransanın nəzarətini institusional şəkildə möhkəmləndirən bir model təklif edir. Nəticə eyni olaraq qalır. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər