Farhan Quliyev: "Yaxın Şərqdəki gərginlik fonunda gündəlik 110 əlavə uçuş Azərbaycan üzərindən keçib"

Farhan Quliyev: "Yaxın Şərqdəki gərginlik fonunda gündəlik 110 əlavə uçuş Azərbaycan üzərindən keçib"
02.07.2025 20:27 Xarici siyasət

İyunun 13-23-ü tarixlərində Azərbaycan hava məkanından ümumilikdə 10 838 uçuş qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bunu “Azerbaijan Airlines” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) rəsmi platformasında dərc olunmuş məqaləsində bildirib.

"Bu uçuşların 8 207-si tranzit xarakter daşıyıb və regionda hava məkanlarının müvəqqəti bağlanması nəticəsində gündəlik orta hesabla 110 əlavə uçuş məhz Azərbaycan üzərindən həyata keçirilib. Bu artım təsadüfi deyil. 2024-cü ilin iyununda Azərbaycan üzərindən tranzit hərəkəti 2023-cü illə müqayisədə 20 % artıb. 2025-ci ilin iyun ayı üçün isə əlavə 13 % artım proqnozlaşdırılır", - F. Quliyev qeyd edib.

Geosiyasi qeyri-sabitlik dövründə etibarlı tranzit dəhlizi

2025-ci ilin iyununda Yaxın Şərqdə artan geosiyasi gərginlik səbəbilə İran, İsrail və bir sıra qonşu ölkələrin hava məkanları bağlandı. Bu vəziyyət Avropa-Asiya arasında reys həyata keçirən beynəlxalq aviadaşıyıcılarını marşrut seçimlərinin təcili yenidən qiymətləndirilməsinə vadar etdi.

F. Quliyevin sözlərinə görə, AZANS bu böhrana minimal fasilə ilə reaksiya verdi və şimala yönləndirilmiş yüzlərlə uçuşu qəbul etməklə əməliyyat davamlılığını təmin etdi: "Bu, sadəcə bir ehtiyat yolu deyildi, həm də AZANS-ın illərlə apardığı modernləşmə, koordinasiya və dayanıqlılıq siyasətinin nəticəsi idi. Şəbəkəmiz qlobal trafik pozuntularını yüngülləşdirməyə hazır idi. İyun ayında müşahidə etdiyimiz, qısamüddətli improvizasiya deyil, uzunmüddətli strategiyanın təsdiqi idi. 2022-ci ildən bəri Azərbaycanın hava məkanı regional geosiyasi böhranlara cavab olaraq alternativ və səmərəli hava marşrutları təmin etməkdə həyati rol oynayıb".

Böhran zamanı çevik və planlı reaksiya

O vurğulayıb ki, AZANS, bu yeni trafik dalğasını qəbul etmək üçün bir neçə saat ərzində çoxsəviyyəli fövqəladə cavab planını işə saldı:

•⁠  ⁠ATC (hava hərəkətini idarəetmə) növbələri pik saatlara uyğun gücləndirildi

•⁠  ⁠Sektor konfiqurasiyaları real vaxtda yenidən quruldu

•⁠  ⁠Darboğazların qarşısını almaq üçün ehtiyat komandalar və texniki dəstək səfərbər edildi

•⁠  ⁠Bütün xidmətlər təhlükəsizlik və keyfiyyət prinsiplərinə xələl gəlmədən genişləndirildi

Nəticədə, Azərbaycan regional təzyiq dövründə heç bir ATC gecikmələri və ya prosedur pozuntuları olmadan yenidən istiqamətləndirilmiş trafiki sürətlə qəbul etmək qabiliyyətini nümayiş etdirdi.

Onun sözlərinə görə, AZANS hava hərəkətinin təhlükəsiz və effektiv idarəsi üçün son illərdə HHİ (Hava Hərəkəti İdarəetmə) texnologiyalarına ardıcıl investisiyalar yatırıb: "Bu da böhran şəraitində sistemin yüklənmədən fəaliyyətini təmin etdi".

Son illər tətbiq olunan hava hərəkəti idarəetmə texnologiyaları və prosedurlar bunlardır:

•⁠  ⁠Trayektoriya əsaslı əməliyyatlar (TBO)

•⁠  ⁠Axın idarəetmə prosedurları (FMP)

•⁠  ⁠Rəqəmsal monitorinq və axın idarəetmə platformaları

•⁠  ⁠Məlumat əsaslı qərar qəbuletmə imkanları

•⁠  ⁠HHİ sistemlərinin təkmilləşdirilməsi üzrə proqramlar


"Bu yanaşmalar sayəsində sektorlar arasında yük balanslaşdırıldı və dispetçerlərin iş yükü təhlükə altına düşmədən sürətli qərarlar qəbul edildi",- AZANS-ın direktoru bildirib.

Azərbaycanın qlobal aviasiyadakı rolu güclənir

Hazırda 200-dən çox beynəlxalq aviaşirkət Azərbaycan hava məkanından müntəzəm istifadə edir. F. Quliyevin sözlərinə görə, təkcə 2024-cü ildə bu marşrutlar vasitəsilə təxminən 50 milyon sərnişin daşınıb.

"Son böhranın pik nöqtəsində, "Turkish Airlines", "Air France", "British Airways", "Singapore Airlines" kimi 25-dən çox beynəlxalq aviadaşıyıcı reyslərini tam şəkildə Azərbaycan üzərindən keçməklə yenidən planlaşdırdı. Bu da AZANS-ın şəbəkəsinə olan etibar və texniki hazırlığın səviyyəsini nümayiş etdirdi.

Maraqlıdır ki, bu qədər intensiv marşrutlaşdırma təzyiqlərinə baxmayaraq, Azərbaycanın beynəlxalq hava limanlarında heç bir gecikmə və ya xidmət fasiləsi qeydə alınmayıb", - o vurğulayıb.

Onun sözlərinə görə, AZANS-ın effektivliyində mühüm rol oynayan amillərdən biri regiondakı koordinasiyalı fəaliyyətdir: "Xüsusilə Türkiyə və Mərkəzi Asiya HHXT-ləri (Hava Hərəkətinin Xidməti Təminatçıları) ilə əməkdaşlıq, hava məkanı və marşrutların inkişafı, axın idarəetməsi və yeni texnologiyaların tətbiqi üzrə birgə səylər Azərbaycanın hava məkanını daha çevik və effektiv idarə edilə bilən hala gətirib".

F. Quliyev əlavə edib ki, bu əsas sütunlar AZANS-a böhranı effektiv şəkildə idarə etməyə imkan verdi - təşkilat təkcə təhlükəsiz hava məkanı deyil, həm də qeyri-müəyyənlik dövründə hava nəqliyyatı üzrə həyati əhəmiyyət daşıyan təchizat zəncirini dəstəkləyən qlobal aviasiya üçün strateji hava körpüsü rolunu uğurla yerinə yetirdi.

XƏBƏR LENTİ
31 IYUL 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Bütün Xəbərlər