Ceyhun Bayramov: Azərbaycan Tayvanın müstəqilliyini tanımır

Ceyhun Bayramov: Azərbaycan Tayvanın müstəqilliyini tanımır
05.02.2026 13:52

Azərbaycan birmənalı şəkildə "Vahid Çin" mövqeyinə sadiqdir və Tayvanın müstəqilliyini tanımır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times" nəşrinə müsahibəsində bildirib.

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır. Biz 2024-cü ilin yanvarında Tayvanda keçirilən qondarma seçkiləri pisləyən ilk ölkələrdən biri olmuşuq. Azərbaycan birmənalı şəkildə "Vahid Çin" prinsipini dəstəkləyir", - C.Bayramov qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycanın Tayvan məsələsi ilə bağlı mövqeyi aydın və ardıcıl olmaqla beynəlxalq hüquq prinsiplərinə əsaslanır.

"Azərbaycan hesab edir ki, təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə vasitəsilə status-kvonu dəyişdirmək cəhdləri yalnız qarşıdurma riskini artırır və beynəlxalq münasibətlərdə etimadı sarsıdır", - C.Bayramov əlavə edib.

XİN başçısı bildirib ki, Azərbaycanın Çini Tayvan məsələsində dəstəkləməsi təkcə ölkənin beynəlxalq hüquq normalarına deyil, həm də dövlətlərin suveren bərabərliyi prinsipinə, eləcə də Bakı və Pekin arasında hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimada sadiqliyini əks etdirir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Все новости