“Azİz”in rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

“Azİz”in rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
29.05.2025 11:10

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

Güclü, qüdrətli dövlət olan müasir Azərbaycanı İsrail ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib.

Bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

“Azİz” Assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

Bu əlamətdar gündə Azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram.

Qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarınız ölkənizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar"!

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər