Baş prokuror Amerikaya işgüzar səfər etdi

Baş prokuror Amerikaya işgüzar səfər etdi
03.12.2025 16:24

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində rəsmi səfərdə olub.

TodayPress TV xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd korrupsiyaya qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi üçün alternativ meyarların və yeni metodologiyanın işlənib hazırlanması və müzakirəsi olub. 

30-a yaxın ölkənin nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların çox sayda təmsilçiləri və ekspertlərinin iştirak etdiyi tədbirin Yüksək Səviyyəli Seqmentində çıxış edən Baş prokuror qeyd edib ki, müasir dövrün əsas bəlalarından olan korrupsiyaya qarşı mübarizənin təsirliliyini təmin etmək üçün onun miqyasının müəyyən edilməsi, başqa sözlə, ölçülməsi ilkin şərtdir. Lakin bu fəaliyyət sabit, qərəzsiz və obyektiv meyarlara söykənməlidir. Bu sahədə mövcud cari indekslərin bir qismi subyektiv yanaşmalar səbəbindən, eləcə də metodoloji nöqsanlardan qaynaqlanaraq reallığı tam və düzgün əks etdirmir. Odur ki, ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə hazırlanan yeni metodologiyanın bu boşluğu dolduracağına inanırıq.   

Tədbir çərçivəsində Baş prokuror və BMT-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları Ofisinin rəhbəri Faisal Shahkar arasında ikitərəfli görüş keçirilib. 

Görüş zamanı qurumlar arasında əməkdaşlığın perspektivləri, o cümlədən kadrların peşəkar hazırlığı, cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə təcrübəsinin mübadiləsi müzakirə edilib, həmçinin Azərbaycan tərəfindən irəli sürülən konkret layihələrin dəstəkləndiyi bildirilib.

Bundan əlavə, konfrans çərçivəsində Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüş keçirilib.

Drago Kos Azərbaycan Prokurorluğunun Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü ifadə edib. Öz növbəsində Kamran Əliyev Akademiyanın fəaliyyəti dövründə 20-yə yaxın prokurorluq əməkdaşının qurumun magistr proqramlarının məzunu olduğunu, quruma göstərilən mütəmadi maliyyə töhfəsi ilə yanaşı, Azərbaycan Prokurorluğunun 1 nümayəndəsinin hazırda Akademiyanın İdarəetmə Şurasında təmsil edildiyini, həmçinin 1 prokurorluq əməkdaşının qurumun Katibliyinə ezam olunduğunu qeyd edib. 

Bundan əlavə, görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif birgə tədbirlərin təşkili imkanları müzakirə edilib.

Tədbir çərçivəsində, həmçinin Baş prokurorla Səudiyyə Ərəbistanı, Mərakeş və digər ölkələrdən olan tərəfdaşlar arasında görüşlər keçirilərək qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan Respublukasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib. 

Səfər müddətində Baş prokuror, həmçinin ölkəmizin BMT yanında daimi nümayəndəliyini ziyarət edərək, nümayəndəliyin heyətilə tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb.

TodayPress TV

FOTOLAR

Baş prokuror Amerikaya işgüzar səfər etdi — 1
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 2
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 3
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 4
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 5
XƏBƏR LENTİ
16 IYUN 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Bütün Xəbərlər