Bahar Muradova: Azərbaycanda qadınların qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb

Bahar Muradova: Azərbaycanda qadınların qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb
23.09.2025 01:47 Xarici siyasət

Azərbaycanda qadınların təhsil, səhiyyə, məşğulluq və qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb.

TodayPress TV-nin məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclasında çıxışı zamanı deyib.

O bildirib ki, gender bərabərliyi və qadınların, qızların səlahiyyətlərinin artırılması istiqamətində qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platforması illərdir bu sahədəki beynəlxalq səylərə istiqamət verir. Yeni çağırışlar bu sənədlərin yenilənməsini, resurslarla təmin olunmasını və icrasının sürətləndirilməsini tələb edir.

Komitə sədri Azərbaycanda bu sahədə aparılmış islahatlardan danışaraq qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını bildirib. “Məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib. “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı” uğurla həyata keçirilib. Hazırda yeni plan və gender bərabərliyinə dair milli fəaliyyət planı üzərində iş gedir. Bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir”, - deyə Bahar Muradova əlavə edib.

O qeyd edib ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları hamıya bərabər imkanlar təmin edir.

“Azərbaycan qlobal təşəbbüslərə də mühüm töhfələr verir. Cari ilin iyulunda ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünü irəli sürüb. Artıq üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcək”, - deyə komitə sədri vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 Bütün Xəbərlər