Azərbaycanla Mərakeş arasında iqtisadi əməkdaşlıq müzakirə olundu

Azərbaycanla Mərakeş arasında iqtisadi əməkdaşlıq müzakirə olundu
02.09.2025 23:30 Xarici siyasət

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov krallığın sənaye və ticarət naziri Ryad Mezzur ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan ilə Mərakeş arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə sənaye və ticarət sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Bu baxımdan, 2023-cü ildə Rabat şəhərində keçirilmiş Azərbaycan–Mərakeş hökumətlərarası birgə komissiyasının son iclasının əhəmiyyəti xüsusilə qeyd edilib.

Tərəflər həmçinin 2024-cü ilin avqust ayından qüvvəyə minmiş vizasız gediş-gəliş rejiminin iki ölkə arasında turizm sahəsi ilə yanaşı, ümumilikdə iqtisadi əməkdaşlığın inkişafı üçün yaratdığı əlverişli şəraiti yüksək qiymətləndirib, bu istiqamətdə praktiki addımların atılmasını təmin edəcək tədbirlər planı ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı investisiya qoyuluşu üçün mövcud geniş potensial vurğulanıb, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və hüquqi bazanın daha da təkmilləşdirilməsi imkanları əsas müzakirə mövzularından biri olub.

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər