Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı

Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı
31.05.2025 15:23 Xarici siyasət

Mayın 29-30-da Keniyanın paytaxtı Nayrobidə keçirilən Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı - UN-Habitat Assambleyasının İkinci Sessiyası öz işini başa çatdırıb. 

Bu barədə TodayPress TV-yə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sessiyada ölkəmizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə milli koordinator Anar Quliyev təmsil edib. 

BMT-nin Məskunlaşma Assambleyasının ikinci davam sessiyası çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.

2025–2029-cu illəri əhatə edəcək üzvlük ölkəmizə urbanizasiya sahəsində beynəlxalq qərarların qəbulunda, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında daha qərarverici rol oynamasına imkan verəcək. 

Sessiyada, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün mövzusu və tarixi rəsmi olaraq təsdiq edilib.  Tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi və WUF13-də fəal iştiraka dəstək göstərilməsi məsələləri müzakirə olunub ki, bu da Azərbaycanın qlobal şəhərsalma proseslərində mövqeyinin möhkəmlənməsinə dəstək göstərəcək. 

Assambleya çərçivəsində 2026–2029-cu illəri əhatə edən yeni Strateji Plan və “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimat da təsdiqlənib.

Sənəd UN-Habitat-ın gələcək fəaliyyət istiqamətlərini, dayanıqlı şəhərsalma sahəsində qlobal çağırışlara cavab vermək üçün konkret hədəflər və yeni prioritetləri müəyyən edir. 

Azərbaycan nümayəndə heyəti “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə” və “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025 və sonrakı illər”, “Hər kəs üçün layiqli mənzil” mövzularında keçirilən tədbirlərdə də fəal iştirak edib. 

Anar Quliyev şəhərlərin artan rolunu, COP29-un qlobal iqlim gündəmindəki əhəmiyyətini və Bakı Davamlılıq Koalisiyasının təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb. 

Səfər zamanı Komitə sədri UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rosbax, İtaliya, Çin, Malayziya, Özbəkistan və Keniya nümayəndələri ilə görüşərək dayanıqlı şəhərsalma, “ağıllı” şəhər modelləri, ekoloji transformasiya və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, tərəfdaş ölkələri WUF13-də fəal iştiraka dəvət edib. 

Sessiya çərçivəsində təşkil olunmuş Azərbaycan stendində isə WUF13-ün əsas planları, müasir şəhərsalma yanaşmaları və ölkəmizin təşəbbüsləri təqdim olunub.

FOTOLAR

Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı — 1
Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı — 2
Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı — 3
Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı — 4
Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı — 5
Azərbaycanın iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşdı — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Bütün Xəbərlər