Vaşinqtondan yeni sanksiyalar: İraqın neft nazirinin müavini hədəfdə

Vaşinqtondan yeni sanksiyalar: İraqın neft nazirinin müavini hədəfdə
07.05.2026 20:30

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın neft nazirinin müavini Əli Məaric Əl-Bəhadliyə (Ali Maarij Al-Bahadly) qarşı sanksiyaların tətbiq edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.

ABŞ tərəfinin versiyasına görə, qərar Əl-Bəhadlinin İranın və İraqda onunla əlaqəli silahlı qruplaşmaların maraqları naminə satış üçün neftin yönləndirilməsinə köməklik göstərərək öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar qəbul edilib.

OFAC, həmçinin iranyönümlü "Kətaib Seyyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" qruplaşmalarının üç yüksəkvəzifəli liderinə qarşı sanksiyalar tətbiq edib.

Bəyanatda qeyd edilib ki, ABŞ bundan sonra da İraqdakı bu və digər iranyönümlü qruplaşmaları, o cümlədən "Kətaib Hizbullah"ı ölkə ərazisində ABŞ personalına, mülki şəxslərə, diplomatik obyektlərə və müəssisələrə edilən hücumlara görə məsuliyyətə cəlb etmək niyyətindədir.

Maliyyə Nazirliyi bildirib ki, ABŞ-nin sanksiyalar siyahısına, həmçinin Əl-Bəhadilinin sahib olduğu və ya nəzarət etdiyi 4 neft şirkəti daxil edilib - "Gulf Energy Oil Services Limited" , "Gulf General Contracting Limited" , "Iraq International Energy for the Import and Sale for Petroleum Products Limited" və "Gulf Energy for General Transport and Marine Services and Real Estate Consultancy LLC".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Все новости