Ukrayna Rusiya hücumlarına qarşılıq verdi: "Yaroslavl" NEZ vuruldu

Ukrayna Rusiya hücumlarına qarşılıq verdi: "Yaroslavl" NEZ vuruldu
08.05.2026 21:20

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 8-nə keçən gecə Rusiyanın Yaroslavl vilayətindəki "Yaroslavl" neft emalı zavoduna (NEZ) və Rostovdakı pilotsuz uçuş aparatları (PUA) anbarına zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfinin məlumatına görə, zərbələrdən sonra obyektlərdə yanğınlar baş verib.

Baş Qərargahdan bildirilib ki, "Yaroslavl" NEZ illik emal gücü təxminən 15 milyon ton olan Rusiya neft emalı sənayesinin əsas müəssisələrindən biridir.

"Dəyən ziyanın miqyası dəqiqləşdirilir", - məlumatda qeyd olunub.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan Luqanskdakı "Luqanskaya" neft bazasının, müxtəlif yaşayış məntəqələrindəki yanacaq-sürtkü materialları anbarlarının və Rusiya qoşunlarının təmir bölməsinin vurulduğunu bəyan ediblər.

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Zaporojye vilayətinin işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının rabitə qovşaqlarına zərbələr endirilib.

"Digər obyektlərlə yanaşı, Zaporojye vilayətinin Mixaylovka ərazisində Rusiyanın "Tor-M2" zenit-raket kompleksi və Krımda "Kasta-2E" radiolokasiya stansiyası vurulub", – bildirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Meşədə 29 yaşlı oğlanla 16 yaşlı qızın meyiti tapıldı 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 США поразили корабль, пытавшийся прорвать блокаду Ирана 17:28 Еще до прихода Ахундзаде в команде начался массовый уход игроков! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 В Баку найден скелет женщины, пропавшей без вести год назад- сын задержан 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Солнечное затмение приведет к катастрофам в Испании — ПРОГНОЗ 15:49 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 США продали захваченные российские суда в Дубае 15:44 Все новости