Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General
21.07.2026 16:23

Milli müdafiə naziri Yaşar Gülərin açıqlaması S-400 hava hücumundan müdafiə sistemlərinin konkret bir ölkəyə satılması barədə yekun qərarın verildiyi anlamına gəlmir. Açıqlamadan görünür ki, F-35 proqramı və CAATSA sanksiyaları kontekstində müxtəlif həll modelləri, o cümlədən üçüncü ölkələr variantı da nəzərdən keçirilir.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz deyib.

“Bu çərçivədə S-400-lərin hansı ölkələrə verilə biləcəyi qiymətləndirilərkən üç əsas meyar ön plana çıxır: Rusiyanın razılığı və ya ən azı etiraz etməməsi, ABŞ ilə F-35 və CAATSA məsələləri üzrə aparılan danışıqlara müsbət töhfə verməsi, sistemi qəbul edəcək ölkənin onu effektiv şəkildə istismar edə bilməsi.

Bu meyarlar nəzərə alındıqda ekspert dairələrində zaman-zaman adı çəkilən ölkələr sırasında Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Hindistan yer alır. Lakin qeyd etmək lazımdır ki, bu ölkələrdən heç biri rəsmi namizəd kimi açıqlanmayıb. Bunlar daha çox ekspertlərin geosiyasi qiymətləndirmələridir”, - o bildirib.

Karauzun sözlərinə görə, Azərbaycan variantı nəzəri baxımdan mümkündür, lakin hazırkı mərhələdə ehtimal aşağı-orta səviyyədə qiymətləndirilə bilər:

“Bunun bir neçə səbəbi var: Azərbaycan Türkiyənin ən yaxın strateji müttəfiqidir və Ankara üçün etibarlı tərəfdaş hesab olunur, Azərbaycanın hava hücumundan müdafiə sistemi həm Rusiya, həm də İsrail istehsalı olan komplekslərdən ibarətdir. Texniki baxımdan S-400 sisteminin inteqrasiyası mümkündür. Bununla yanaşı, Azərbaycan son illərdə İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemlərinə ciddi investisiyalar yatırıb. Bu baxımdan qısa müddətdə S-400-ə təcili əməliyyat ehtiyacının olduğu söylənilə bilməz.

Digər tərəfdən, Bakı Rusiya ilə Qərb arasında xarici siyasətdə həssas tarazlığı qorumağa çalışır. S-400 alınması bu balansı lazımsız şəkildə beynəlxalq müzakirə mövzusuna çevirə bilər. Bu səbəbdən hesab edirəm ki, Azərbaycanın adı çəkilsə belə, məsələnin siyasi və diplomatik tərəfi hərbi tərəfdən daha ağır basacaq.

Düşünürəm ki, Ankaranın əsas məqsədi S-400-ləri mütləq hansısa ölkəyə satmaq deyil, F-35 proqramına qayıdış və CAATSA sanksiyalarının aradan qaldırılması istiqamətində Vaşinqtonla qəbul edilə biləcək bir həll formulunu tapmaqdır.

Ona görə də bu gün müzakirə olunan üçüncü ölkə variantı daha çox diplomatik danışıqlarda nəzərdən keçirilən alternativlərdən biridir. Hansı ölkənin seçiləcəyi isə yalnız hərbi ehtiyaclarla deyil, Ankara, Vaşinqton və Moskva arasında əldə olunacaq siyasi və diplomatik razılaşmanın məzmunundan asılı olacaq”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Все новости