Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş

Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş
21.07.2026 20:39

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.

AQTA-dan TodayPress TV-yə bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilib, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.

Nəticələrə əsasən, hazır yeməklər - bozbaşdan götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb.

Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir.

Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib.

Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.

FOTOLAR

Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş — 1
Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş — 2
XƏBƏR LENTİ
21 IYUL 2026
Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Bütün Xəbərlər