Trampdan "Ukrayna açıqlaması": Avropa qəbul edəcək? - RƏY

Trampdan "Ukrayna açıqlaması": Avropa qəbul edəcək? - RƏY
25.02.2026 23:39

ABŞ Prezidenti Donald Tramp Konqresdə illik çıxışı zamanı Ukrayna-Rusiya müharibəsindən də danışıb.

O bildirib ki,  prezident kimi vəzifəsinin ilk 10 ayında səkkiz müharibəyə  son qoyub və bacardığı hər yerdə sülh bağlayacaq.


Politoloq Aydın Quliyev Ağ Ev liderinin bu açıqlamasını TodayPress TV-yə şərh edib.


Onun qənaətincə, bu çıxış daha çox daxili auditoriyaya yönəlib:

"Donald Trampın səkkiz müharibəyə son qoyması ilə bağlı bəyanatı reallıqdan çox daxili auditoriyaya və şəxsi reytinqə hesablanmış mülahizədir. Bu səkkiz münaqişə arasında yeganə istisna Azərbaycan-Ermənistan münaqişəsidir və həmin münaqişəni Tramp həll etməyib".


Analitik qeyd edib ki, bu münaqişəni Azərbaycan Prezidenti İlham Əliyev həll edib. Tramp isə 8 avqust razılaşmasını münaqişənin həllindən sonrakı mərhələdə vasitəçilik edərək imzaladıb. O əlavə edib ki, Trampın həll etdiyini iddia etdiyi digər yeddi münaqişə tam şəkildə başa çatmayıb və istənilən vaxt yenidən alovlana bilər:

“Məsələn, Fələstin-İsrail münaqişəsini həll olunmuş saymaq reallığa uyğun deyil. Eləcə də Hindistan-Pakistan  və Tailand-Kamboca münaqişəsi əvvəlki kimi qalır. Ukrayna müharibəsi isə göz qabağındadır”.


Siyasi şərhçinin fikrincə, eyni məntiqlə yanaşdıqda, Trampın qarşıdakı dövrdə Ukrayna münaqişəsini həll etməsi perspektivli görünmür. O vurğulayıb ki, Trampın yanaşması praqmatik olsa da, ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun gəlmir. 

"Bu səbəbdən belə yanaşma Ukrayna və Avropa tərəfindən qəbul edilə bilməz. Əgər münaqişənin həlli yalnız Trampın öhdəsinə buraxılarsa, nəticə əldə etmək çətin olacaq. Ya o, prinsiplərini dəyişərək beynəlxalq hüquqa uyğun layihə təqdim etməlidir, ya da bu münaqişənin həlli perspektivi yoxdur”, - deyə A.Quliyev fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Netanyahu Türkiyəyə meydan oxudu: “Suriyada buna dözməyəcəyik!” 00:45 Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ 00:06 Meksikada kartel lideri saxlanıldı, ölkə qarışdı - VİDEO 00:20 Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO 01:18 UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzdu - VİDEO 23:03 Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var 00:29 Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Все новости