Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ
İsveçrə hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən əlavə tədbirlərin tətbiqi barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilir.
“Federal Şura avqustun 19-da Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının 20-ci paketindən əlavə tədbirlərin qəbul edilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd olunur.
Sənədə əsasən, enerji sahəsində qazdaşıyan gəmilərə, buzqıran gəmilərə və Rusiyada yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına xidmət göstərilməsinə qadağalar tətbiq edilir.
Bundan əlavə, Bern tankerlərin Rusiyaya satışını qadağan edir. Həmçinin tankerlərin üçüncü ölkələrə satışı ilə bağlı müqavilələr hazırlanarkən onların Rusiyaya yenidən satılmasını qadağan edən bənd daxil ediləcək.
Mətndə izah olunur ki, bəzi qadağalar, o cümlədən LNG terminallarına xidmət göstərilməsinə qadağa yalnız 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Digər təkliflər isə 1 və 21 sentyabr 2026-cı ildə qüvvəyə minəcək.
Aysel Mətləb