Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var

Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var
20.08.2026 00:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən TodayPress TV-yə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Meksikada kartel lideri saxlanıldı, ölkə qarışdı - VİDEO 00:20 Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO 01:18 UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzdu - VİDEO 23:03 Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var 00:29 Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 Bütün Xəbərlər