Serbiya və Kanada arasında hava əlaqəsi bərpa olundu

Serbiya və Kanada arasında hava əlaqəsi bərpa olundu
24.05.2026 05:00

Serbiya ilə Kanada arasında 34 ildən sonra birbaşa aviareyslər bərpa olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç Belqrad hava limanından "Air Serbia"nın Belqrad–Toronto marşrutu üzrə ilk təyyarəsinin yola salınması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Serbiya üçün dünya ilə əlaqələri baxımından böyük və mühüm gündür:

"Çünki Şimali Amerika qitəsində mühüm bir istiqamət olan Kanada Serbiyaya daha da yaxınlaşır. Bununla Serbiya üçün dünyaya yeni qapılar açılır. Bu reyslə Serbiya ilə Kanada arasında hava əlaqəsi yenidən bərpa olunub. Milli aviaşirkətimizin 34 ildən sonra Toronto istiqamətinə uçuşları bərpa etməsindən çox xoşbəxt və qürurluyam. Bununla biz Serbiyanı yalnız dünyanın ən böyük iqtisadiyyatlarından biri ilə deyil, həm də xalqımızın iki mühüm qolunu bir-biri ilə əlaqələndiririk. Unutmayaq ki, Kanadada Serbiya əsilli minlərlə insan, eləcə də bu regiondan olan müxtəlif millətlərin nümayəndələri yaşayır və onlar öz vətənlərinə daha yaxın olacaqlar".

Qeyd edək ki, Serbiya diplomatiyasının rəhbəri yeni açılan aviareysin ilk sərnişinlərindən biridir, çünki o, nümayəndə heyəti ilə birlikdə Kanadaya səfərə yollanıb.

"Bu, Serbiyanın xarici işlər nazirinin on ildən artıq müddətdən sonra Kanadaya ilk rəsmi səfəridir. Bu, iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması deməkdir. Mən xoş niyyətlə, Serbiya haqqında təsəvvürü yeniləmək, səylərimizi, dəyərlərimizi və son iki onillikdə əldə etdiklərimizi təqdim etmək arzusu ilə gedirəm", – deyə Curiç əlavə edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Все новости