Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü

Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü
06.08.2026 19:05

Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan hədə-qorxu ilə 2 milyon 500 min dollar tələb etməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

İstintaq materiallarına əsasən, Sarukyan 2008-ci ildə Livan ermənisi - G.T. adlı iş adamı ilə tanış olub və tərəflər ortaq biznes qurmaq barədə razılığa gəliblər. 2009-cu ildə onlar hər birinin 50% payı olduğu qızıl-zinət əşyalarının satışı şirkətini təsis ediblər. Şirkətin direktoru vəzifəsinə isə Sedrak Arustamyan təyin olunub.

Həmin vaxt livanlı sahibkar Sarukyana Kotayk vilayətinin Akunk kəndində içməli su zavodunun inşasını təklif edib. Razılaşmaya əsasən, zavodun binasını Sarukyan tikməli, istehsal avadanlıqlarını isə iş adamı almalı idi. Lakin bu layihə həyata keçirilməyib.

İstintaq Komitəsinin məlumatına görə, 2010-cu il avqustun 17-də Arincdəki malikanədə Qaqik və Sedrak zor tətbiq etməklə hədələyərək livanlı iş adamından şirkətlərdəki paylarını Arustamyana dövr etməsini nəzərdə tutan sənədləri imzalamağı tələb ediblər. Əlavə olaraq, istintaq qeyd edir ki, onlar əldə etdikləri səhmləri qanuniləşdirməyə cəhd göstəriblər. Bu əməl İstintaq Komitəsi tərəfindən xüsusilə külli miqdarda çirkli pulların yuyulması kimi təsnif edilib.

İyulun 6-da İstintaq Komitəsi tərəfindən Qaqik Sarukyanın evində və ona məxsus 70-dən çox obyektdə genişmiqyaslı axtarışlar aparılıb. İstintaq tədbirləri yekunlaşdıqdan sonra bütün obyektlər möhürlənib, sahibkarın özü barəsində isə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Siyasətçi xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında, dələduzluğun təşkilində, 934 min dollar vəsaitin mənimsənilməsində, o cümlədən qanunsuz ov edərək dövlətə 81 min dollardan çox ziyan vurmaqda təqsirləndirilir.

Sarukyanın İrəvandakı "Ararat" şərab kombinatı, "Araratsement" zavodu və "Multi Velnes" idman kompleksi əlindən alınıb. Ümumilikdə isə prokurorluq Sarukyan və onunla əlaqəli şəxslərdən 75 daşınmaz əmlakın, 10 obyektinin bazar dəyərinin, 42 nəqliyyat vasitəsinin və 38 şirkətdəki paylarının müsadirə olunmasını tələb edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO - YENİLƏNİB 20:33 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 Все новости