"Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi
İspaniyanın "Real Madrid" futbol klubu "Leypziq" klubundan Kot-d'İvuar millisinin vingeri Yan Diomandeni transfer edib.
TodayPress TV xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı ivuarlı "kral klubu" ilə yeddi mövsümlük - 30 iyun 2033-cü ilə qədər müqavilə imzalayıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, transfer məbləği 125 milyon avro təşkil edib, Almaniya klubu daha 15 milyon avroyadək vəsaiti bonuslar şəklində əldə edə bilər.
Xatırladaq ki, Diomande "Leypziq"dəki debüt mövsümündə keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
xxx
"Real Madrid" klubu "Leypziq"dən Yan Diomandeni 125 milyon avroya transfer edərək klub tarixinin ən bahalı keçidini reallaşdıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Qeyd edilib ki, əsas ödəniş kimi nəzərdə tutulan 125 milyon avrodan əlavə, Almaniya klubu 19 yaşlı futbolçu üçün bonuslar şəklində daha 15 milyon avro qazana bilər. Tərəflər arasında razılaşmanın tamamlanması üçün yalnız son rəsmi prosedurların həlli qalıb.
Xatırladaq ki, Diomande peşəkar karyerası ərzində cəmi 46 oyun keçirib. O, bir il əvvəl İspaniyanın ikinci divizionunda "Leqanes"in şərəfini qoruyurdu və həmin vaxt transfer dəyəri 600 min avro təşkil edirdi.