Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır

Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır
30.07.2026 11:13

Ukrayna rəsmiləri rəsmi əsir mübadiləsindən sonra yenidən cəbhəyə göndərilən və ikinci dəfə Ukrayna qüvvələrinə təslim olan rus hərbçiləri ilə bağlı maraqlı statistika açıqlayıblar.

TodayPress TV xəbər verir ki, "RBC-Ukraine"nin yaydığı məlumata görə, Kiyevdə fəaliyyət göstərən Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı rəsmi əsir mübadiləsi çərçivəsində Rusiyaya qaytarılan bəzi hərbçilərin yenidən döyüş bölgəsinə göndərildikdən sonra ikinci dəfə Ukraynaya təslim olduqlarını bildirib.

Qərargahın məlumatına əsasən, hazırda Ukraynada saxlanılan rusiyalı hərbi əsirlər arasında ikinci dəfə əsir düşən təxminən 20 nəfər var.

Ukrayna rəsmilərinin iddiasına görə, bunun əsas səbəbi Rusiyada mübadilə edilən hərbçilərin istirahətə buraxılmadan yenidən cəbhəyə göndərilməsidir. Bildirilir ki, Ukrayna qanunvericiliyinə əsasən isə əsirlikdən geri qaytarılan hərbçilər məcburi şəkildə yenidən döyüşlərə cəlb edilmir.

Ukrayna tərəfi hesab edir ki, ikinci dəfə təslim olan hər bir rus hərbçisi gələcək əsir mübadilələri üçün əlavə imkan yaradır.

Rusiya tərəfi isə sözügedən iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
“Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Все новости