Con Stounzun İtaliya macərası rəsmən başlayır
İngiltərə millisinin və “Mançester Siti”nin sabiq müdafiəçisi Con Stounz karyerasını İtaliyanın “İnter” klubunda davam etdirəcək.
TodayPress TV xəbər verir ki, 31 yaşlı futbolçu Milan təmsilçisinə azad agent statusunda qoşulub.
Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə razılaşdırılıb. Stounzun illik maaşı 4,5 milyon avro olacaq.
Bu gün futbolçu tibbi müayinədən keçəcək və daha sonra müqaviləyə rəsmi imza atacaq.
Qeyd edək ki, Con Stounz 2016-cı ildən “Mançester Siti”də çıxış edib. Bu müddətdə o, klubla birlikdə 6 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. Bundan əlavə, o, İngiltərədə 10 daxili kubok qazanıb.
Təcrübəli müdafiəçi “Mançester Siti”nin heyətində bütün turnirlərdə 295 oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
Namiq HUN