BMT TŞ Sudanda BMT bazasına dron hücumlarını kəskin pislədi

BMT TŞ Sudanda BMT bazasına dron hücumlarını kəskin pislədi
21.12.2025 12:46

BMT Təhlükəsizlik Şurası Sudanda BMT-nin logistika bazasına edilən dron hücumlarını qətiyyətlə pisləyib. Hücum nəticəsində Banqladeşdən olan 6 sülhməramlı həlak olub, 9 nəfər isə yaralanıb.

TodayPress TV xəbər verir ki, Şuranın mətbuat bəyanatında həlak olan sülhməramlıların ailələrinə, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara isə tezliklə tam sağalma arzulanıb.

Hücum ötən şənbə günü Sudanın Cənubi Kordofan ştatının Kadugli şəhərində baş verib.

Bəyanatda vurğulanıb ki, BMT-nin logistika bazasına və "UN Interim Security Force for Abyei" (UNISFA) sülhməramlılarına qarşı bu qəsdən edilmiş hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

Şura üzvləri BMT sülhməramlılarının hədəfə alınmasını və UNISFA-ya qarşı bütün hücum və təxribatları ən sərt şəkildə pisləyərək, məsul şəxslərin dərhal cavabdehliyə cəlb olunmasını tələb ediblər. Bildirilib ki, sülhməramlılara qarşı hücumlar beynəlxalq hüquqa əsasən müharibə cinayəti sayıla bilər.

BMT-yə UNISFA-nın dəstəyi ilə hücumların operativ şəkildə araşdırılması və prosesin gedişi barədə müvafiq qoşun verən ölkənin məlumatlandırılması çağırışı edilib. Eyni zamanda ev sahibi qurumların BMT obyektlərinin, personalının və sülhməramlıların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atması istənilib.

Şura Sudanın və Cənubi Sudanın UNISFA-nın fəaliyyətinə tam dəstək verməsinin vacibliyini vurğulayıb və Abyei bölgəsində sülh, təhlükəsizlik və sabitlik üçün iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 AVQUST 2026
Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Bütün Xəbərlər