Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq

Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq
01.06.2026 16:32

Rusiya Komor adaları, Qambiya, Liberiya və Toqoda diplomatik nümayəndəliklər açmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Saxaraaltı Afrika Departamentinin direktoru Anatoli Başkin məlumat verib.

Onun sözlərinə görə, Komor adalarında səfirliyin açılması ilə bağlı praktiki işlər davam edir, Qambiyada isə bütün zəruri qərarlar qəbul olunub və səfir təyin edilib.

Başkin bildirib ki, hazırda binaların seçilməsi, işçilərin işə qəbulu və digər təşkilati məsələlər üzərində iş aparılır. Toqoda da oxşar hazırlıq işləri görülür və səfirin yaxın iki ay ərzində fəaliyyətə başlaması gözlənilir.

Diplomat əlavə edib ki, Liberiyada səfirlik açılması məsələsi də nəzərdən keçirilir və Rusiyanın diplomatik nümayəndəlikləri yaxın vaxtlarda bu ölkələrdə fəaliyyətə başlaya bilər.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin fevralında ölkəsinin növbəti iki il ərzində Qambiya, Liberiya, Komor adaları, Niger, Syerra-Leone, Toqo və Cənubi Sudanda səfirliklər açmağı planlaşdırdığını bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Все новости