Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək"

Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək"
20.08.2026 13:11

Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə və Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırlaşır.

TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramında qeyd olunub.

Proqrama əsasən, Ermənistan Azərbaycanla sərhədin delimitasiyasını davam etdirməyi və iki ölkə arasında sülhün institusionallaşdırılmasını, o cümlədən sülh müqaviləsi və digər hüquqi sənədlərin imzalanmasını planlaşdırır.

Bundan başqa, Bakı ilə İrəvan arasında vətəndaş cəmiyyəti və işgüzar dairələr səviyyəsində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Ermənistan hökuməti Türkiyə ilə də diplomatik münasibətlərin qurulmasını və sərhədin ən azı iki müasir nəzarət-buraxılış məntəqəsi ilə açılmasını qarşıya məqsəd qoyub. Hazırda Ermənistan tərəfində Marqara keçid məntəqəsi hazırlanıb.

İrəvan həmçinin Türkiyə ilə enerji infrastrukturlarının yenidən işə salınmasını planlaşdırır. Proqramda Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələrin, Rusiya ilə isə çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi də nəzərdə tutulur.


TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 Иран объявил Калифорнию своей территорией 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Куда делись миллиарды, выделенные Украине? Специальное задание для бывшего офицера «Моссада» 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 В Стамбуле трамвай сошел с рельсов 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 Все новости