Nyu-Yorkda yaşayan azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olundu

Nyu-Yorkda yaşayan azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olundu
03.11.2025 23:40

ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə növbəti dəfə səyyar konsulluq xidməti keçirilib.

TodayPress TV xəbər verir ki, səyyar xidmət Nyu-York şəhərində və ətraf ştatlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilib. Səyyar konsulluq xidməti çərçivəsində 40-dan çox vətəndaş müxtəlif konsulluq xidmətlərindən yararlanıb.

Vətəndaşlara ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatına alınma, notariat hərəkətlərinin aparılması, vətəndaşlıq məsələlərinin həlli, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, eləcə də sənədlərin sorğu əsasında alınması üzrə xidmətlər göstərilib.

Səyyar konsulluq xidmətinin əsas məqsədi ABŞ-də yaşayan həmvətənlərimizin konsulluq xidmətlərinə əlçatanlığını artırmaq və prosedurların daha operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.

Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti ilk dəfə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin təşəbbüsü ilə təşkil edilib. Ənənəvi konsulluq xidmətləri artıq bir neçə ildir ki, ABŞ-nin müxtəlif şəhər və ştatlarında həyata keçirilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Все новости