“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO

“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO
25.06.2026 10:58

“NATO-nun Ankarada keçiriləcək sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətimə görə qatılacağam”.

TodayPress TV “Anadolu”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ liderinin sözlərinə görə, o, Ərdoğanla söhbət edib və bu söhbət zamanı Türkiyə Prezidenti onu şəxsən NATO sammitinə dəvət edib.

“Son 2 ayda baş verən hadisələrdən sonra bir çoxlarına görə getməzdim, lakin o (Ərdoğan - red.) məni dəvət etdi... Mən prezidentə olan hörmətimə görə gedəcəyəm”, - Tramp deyib.

Türkiyəyə F-35 qırıcılarının və F-110 mühərriklərinin mümkün tədarükü barədə sualı cavablandırarkən o, qarşıdakı səfəri zamanı Ankaranı sevindirə biləcəyini söyləyib.

“Düşünürəm ki, bəli. O, NATO-nun güclü üzvüdür. O, çox güclü orduya malikdir. Bəli, mən, yəqin ki, onu çox sevindirəcək bir şey edəcəyəm”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, bir çoxları Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu anlamırlar.

Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
25 июня 2026
İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir! 13:48 Azərbaycan Venesuelaya başsağlığı verdi 13:47 Almaniya Türkiyədə “Patriot” HHM sistemi yerləşdirdi 13:29 İrəvanın səbri tükəndi, Paşinyan hökm oxudu: "Ya problemləri düzəldin, ya da..." 13:28 "Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı 13:20 Aşura günü nələr etmək olar, nələr qəti olmaz? - "Çimməmək, sabun istifadə etməmək…" 13:08 Üç namizəddən biri seçilir – Paşinyan bu gün açıqlayacaq 13:00 Lukaşenko Zelenskinin sözünü yerə salmadı, fəaliyyəti dayandırdı 12:59 Sabahın hava proqnozu açıqlandı 12:58 Son 126 ilin ən güclüsü... 12:48 FİFA Rusiya millisinin Dünya Çempionatına buraxılmasına qərar verdi 12:46 İtkin düşən şəxsi axtararkən özləri qəzaya düşdülər: Göyərtədə 13 nəfərlə helikopter yerə çırpıldı 12:42 Kiyevin Avropa planı alt-üst oldu: Budapeşt o məktubları imzalamadı 12:33 Neymar Braziliya yığmasının tarixinə düşdü 12:27 Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir - YENİLƏNDİ 10:44 Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi 12:01 Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu 11:57 BDU bu ixtisas üzrə mütəxəssis hazırlığına başlayır 11:56 Səs yazısı yayıldı, polislər qapısına dayandı – Gümrüdə nə baş verir? 11:47 ANAMA Şuşanın o kəndindəki minatəmizləmə rəqəmlərini açıqladı 11:47 İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi 11:29 İki ardıcıl zəlzələ binaları tabuta çevirdi, dünya köməyə qaçdı Düşmənlik kənarda qaldı... 11:29 Metroda qatarların hərəkət qrafiki bu səbəbdən dəyişdiriləcək 11:23 Ukrayna Rusiyanın "qəlbi"nə zərbələri davam etdirir - VİDEO 11:17 Azərbaycan Mozambiki təbrik etdi 11:09 Все новости