Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ
28.06.2026 08:00

ABŞ-nin Texas ştatı dövlət məktəblərində yeni məcburi oxu proqramını təsdiqləyib.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, ingilis dili və ədəbiyyatı dərslərində İncilin seçilmiş hissələri məcburi tədris materialları siyahısına daxil ediləcək.

Texas Ştat Təhsil Şurası qərarı 9 lehinə, 5 əleyhinə səslə qəbul edib. Yeni proqramın 2030-cu ildən etibarən mərhələli şəkildə tətbiq olunacağı və 5 milyondan çox dövlət məktəbi şagirdini əhatə edəcəyi bildirilir.  

Qərarı dəstəkləyənlər İncilin ABŞ-nin tarixi, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından mühüm mənbə olduğunu vurğulayırlar. Onların fikrincə, müqəddəs kitabdan seçilmiş mətnlərin tədrisi şagirdlərin ölkənin mədəni irsini daha yaxşı anlamasına kömək edəcək.

Bununla yanaşı, qərar ABŞ-də müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, dövlət məktəblərində İncil parçalarının məcburi tədrisi ölkə Konstitusiyasında təsbit olunmuş din və dövlətin ayrılığı prinsipinə ziddir və digər dini inanclara mənsub və ya dinsiz şagirdlərin hüquqlarına təsir göstərə bilər.

Qeyd olunur ki, qərar şagirdləri dini ayinlərdə iştirak etməyə və ya ibadət etməyə məcbur etmir. Məcburilik yalnız İncilin seçilmiş hissələrinin ədəbiyyat və dil proqramı çərçivəsində tədris olunmasına aiddir. (modern.az)

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 Иран хотел сбить самолет Трампа? — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 В Ходжалы обнаружены останки, похожие на человеческие кости 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Азербайджан изменит транспортную карту региона — КОММЕНТАРИЙ 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 В Башкортостане горит крупный склад Wildberries 10:14 Азербайджанский дуэт на вершине: победили всех соперников в Турции! 10:05 Загадка в поезде Баку — Тбилиси: Что происходит? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Новость об азербайджанской нефти на мировом рынке 09:30 В центре Баку загорелся объект, пострадали квартиры 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Все новости