Luandada iğtişaşlar zamanı 22 nəfər öldü

Luandada iğtişaşlar zamanı 22 nəfər öldü
30.07.2025 22:45 Dünya

Bu həftə Anqolanın paytaxtı Luandada baş verən iğtişaşlar zamanı 22 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə Anqolanın daxili işlər naziri Manuel Omin respublika prezidenti Joau Lourensonun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında bildirib.

"Həlak olanlar arasında bir polis də var. Daha 197 nəfər yaralanıb. Qarət şübhəsi ilə 1214 nəfər həbs edilib", - "Jornal de Angola” qəzeti nazirin sözlərindən sitat gətirib.

M.Omin əlavə edib ki, güc strukturları ictimai asayişin qorunması üçün bütün lazımi tədbirləri görür.

Luandada iğtişaşlar 28-29 iyul tarixlərində hökumət əleyhinə nümayişlər zamanı baş verib. Etiraz aksiyasının iştirakçıları hökumətin yanacağa subsidiyaları ləğv etməsi nəticəsində bahalaşan benzin və dizel yanacağının qiymətinin azaldılmasını tələb ediblər. İğtişaşlar zamanı təxminən 50 mağaza və bank şöbəsi qarət edilib. Şəhər infrastrukturuna böyük ziyan dəyib.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Bütün Xəbərlər