İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO

İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO
26.06.2026 22:46

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən İsrail-Livan birbaşa danışıqlarının beşinci raundu çərçivəsində ABŞ, İsrail və Livan arasında üçtərəfli çərçivə sazişi imzalanıb.

TodayPress TV xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio danışıqlardan sonra tərəflər arasında çərçivə sazişinin əldə olunduğunu açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, razılaşma Livan ordusunun müəyyən edilmiş pilot ərazilərə yerləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, saziş iki mərhələdə icra olunacaq. Netanyahu əlavə edib ki, “Hizbullah” tam tərksilah edilməyənədək İsrail qüvvələri bölgədən geri çəkilməyəcək.

ABŞ Dövlət Departamentinin rəsmisi isə bildirib ki, tərəflər uzunmüddətli sülh və təhlükəsizlik məqsədilə danışıqları iki suveren dövlət kimi davam etdirirlər.

Qeyd edək ki, İsrail və Livan arasında birbaşa danışıqların beşinci raundu 23-25 iyun tarixlərində Vaşinqtonda keçirilməli idi. Lakin müzakirələrin davam etməsi səbəbindən görüşlər bir gün uzadılıb.

Danışıqlar iyunun 18-də qüvvəyə minmiş ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış ABŞ-İran anlaşma memorandumundan sonra baş tutub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Объявлены цели России в Украине — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 Столкнулись фура и легковой автомобиль, есть пострадавшие — ФОТО 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 ТАК Трамп сбежал из Турции после угрозы покушения 12:57 Sabah hava necə olacaq ? 12:42 Уиткофф сделал заявление по поводу Нахчывана 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Хуситы подбили саудовское судно — члены экипажа погибли 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Глаза прикованы к историческому визиту Ильхама Алиева в Нахчыван — первому после войны 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 Все новости