İran BMT ölkələrinə çağırış etdi - "Məntiq, ədalət və prinsiplər əsasında hərəkət edin"

İran BMT ölkələrinə çağırış etdi - "Məntiq, ədalət və prinsiplər əsasında hərəkət edin"
06.05.2026 23:25

İran bütün BMT üzv dövlətlərini ədalətli davranmağa və ABŞ-ın Hörmüz boğazında gəmiçiliklə bağlı qətnamə layihəsini dünya təşkilatının Təhlükəsizlik Şurasında dəstəkləməməyə çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə İranın təşkilatdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"Hörmüz boğazı üçün yeganə mümkün həll yolu göz qabağındadır: müharibəyə son qoymaq, dəniz blokadasını aradan qaldırmaq və (gəmilər üçün-Qeyd) normal keçidi bərpa etmək. ABŞ böhranı həll etmək əvəzinə, siyasi gündəliyini irəli sürmək və qanunsuz hərəkətləri qanuniləşdirmək üçün "gəmiçilik azadlığı" bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasında yeni qüsurlu və siyasi motivli qətnamə layihəsini irəli sürür. İran üzv dövlətlərini təzyiq əsasında deyil, məntiq, ədalət və prinsiplər əsasında hərəkət etməyə, qətnamə layihəsini rədd etməyə və onu dəstəkləməkdən və ya birgə hərəkət etməkdən çəkinməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Aprelin əvvəlində Bəhreyn tərəfindən təklif olunan Hörmüz boğazı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilib. Təhlükəsizlik Şurasının on bir üzvü lehinə, Rusiya və Çin əleyhinə, Pakistan və Kolumbiya isə bitərəf qalıb.

Mayın 5-də isə ABŞ İrandan gələn təhdidlə mübarizə məqsədilə Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Все новости