İmamoğlu və Özkana qarşı “casusluq” ittihamı: Yanardağ həbs olundu

İmamoğlu və Özkana qarşı “casusluq” ittihamı: Yanardağ həbs olundu
24.10.2025 11:37 Dünya

Türkiyədə İstanbul Baş Prokurorluğu, İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sabiq sədri Əkrəm İmamoğlu və onun müşaviri Necati Özkan haqqında “casusluq” ittihamı ilə istintaq başladıldığını açıqlayıb. Jurnalist Merdan Yanardağ eyni istintaq çərçivəsində həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, iyulun 4-də “casusluq” şübhəsi ilə həbs olunan və xarici ölkələr lehinə kəşfiyyat fəaliyyəti apardığı iddia edilən Hüseyn Gün adlı şəxsin rəqəmsal cihazları araşdırılıb. İstintaq zamanı həmin cihazlarda hərbi silahlara aid fotolar, eləcə də İsrail vətəndaşlarının pasport şəkilləri aşkarlanıb.

Araşdırmalar zamanı Hüseyn Günün FETÖ və PKK üzvləri, həmçinin xarici konsulluq əməkdaşları ilə əlaqələrinin olduğu bildirilib. Günün kommersiya fəaliyyəti olmadığı halda, onun hesabları vasitəsilə ölkə daxili və xaricə milyonlarla lirəlik pul köçürmələri həyata keçirilib, 85 milyon lirə isə nağd şəkildə çıxarılıb.

Əldə olunan sənədlərdə şübhəlinin dövlət çevrilişləri və daxili qarışıqlıqlar barədə qeydləri, eləcə də Türkiyədə görüşdüyü şəxslər haqqında gündəlik qeydləri tapılıb. Prokurorluq bildirir ki, Gün xarici ölkələrin kəşfiyyat nümayəndələrinə Türkiyə ilə bağlı məlumat ötürüb və FETÖ-nün yüksək rəhbərlərindən biri sayılan Mustafa Özcanla görüşərək ondan təlimatlar alıb.

Prokurorluq açıqlamasında Hüseyn Günün Necati Özkan və Əkrəm İmamoğlu ilə gizli əlaqələrinin aşkarlandığını vurğulayıb. Onların arasında kriptolu rabitə proqramı vasitəsilə “rəsmi təmasların izlənməməsi üçün” yazışmaların aparıldığı qeyd olunub.

İstintaqın gedişində müəyyən edilib ki, bu qrupun əsas məqsədi İmamoğlunun prezidentliyə namizədliyi üçün qanunsuz maliyyə fondu yaratmaq olub. Prokurorluğa görə, 2019-cu il bələdiyyə seçkiləri zamanı bu şəbəkə seçici məlumatlarını toplayaraq və xarici kəşfiyyat xidmətlərinə ötürərək seçkilərin nəticələrinə təsir göstərməyə çalışıb.

Prokurorluq jurnalist Merdan Yanardağın da Hüseyn Gün ilə “casusluq fəaliyyəti” çərçivəsində çoxsaylı əlaqələrinin və yazışmalarının aşkarlandığını açıqlayıb. Şahidlərin ifadələri də bu məlumatları təsdiqləyib.

Yanardağın seçki prosesi zamanı mediada manipulyasiya yaratmaq və xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etmək yolu ilə “casusluq” cinayəti törətdiyi iddia olunub.

İmamoğlu və Özkanın bu iş üzrə ifadə vermələri üçün prokurorluğa gətiriləcəkləri, Yanardağın isə artıq həbs edildiyi və həm evində, həm də iş yerində axtarış aparıldığı bildirilib.

İstintaqın Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polis İdarəsi ilə birgə şəkildə davam etdirildiyi vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər