"Hizbullah"a xəbərdarlıq edildi

"Hizbullah"a xəbərdarlıq edildi
25.02.2026 17:52

Beyrutdakı mərkəzi hökumət beynəlxalq vasitəçilər vasitəsilə İsraildən xəbərdarlıq alıb. 

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri  Yusif Raci fevralın 24-də Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində bildirib.

Nazirin sözlərinə görə, İsrail tərəfi yeni müharibənin əvvəlkilərdən daha dağıdıcı olacağı və zərbələrin hədəflərindən birinin Beyrutdakı Rafiq Həriri Beynəlxalq Hava Limanı ola biləcəyi barədə məlumat verib.

Raci qeyd edib ki, Livan hökuməti artıq "Hizbullah" rəhbərliyinə müraciət edərək mülki əhalini risk altına ata biləcək addımlardan çəkinməyi xahiş edib. Eyni zamanda Beyrut Qərb ölkələri və regional tərəfdaşlarla təmasları gücləndirib ki, mümkün eskalasiya halında Livanın mülki infrastrukturunun hədəf alınmasının qarşısı alınsın.

İsrail kəşfiyyatının məlumatına görə, İran son aylarda "Hizbullah"a dəstəyi artırıb. ABŞ isə təhlükəsizlik risklərini əsas gətirərək Livandakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib və Beyrutdakı səfirliyində adi konsulluq xidmətlərini müvəqqəti dayandırıb.

Eyni zamanda İsrail hökumətinin "Hizbullah"a qarşı ya məhdud qabaqlayıcı zərbələr, ya da daha genişmiqyaslı hərbi əməliyyat variantlarını nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı danışıqlara üstünlük verdiyini desə də, Tehranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Prezident İlham Əliyev: Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı iki dəfə artırılacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Все новости