Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ

Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ
24.06.2026 21:50

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul edib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, qətnamənin lehinə 83 deputat səs verib, 5 nəfər əleyhinə çıxıb, 4 deputat isə bitərəf qalıb.

"Gürcüstanda Demokratik Təsisatların Fəaliyyəti" adlı sənəddə ölkədə demokratik geriləmənin davam etdiyi, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli fikirlərə qarşı təzyiqlərin azalmadığı qeyd olunub.

Qətnamədə bildirilib ki, Gürcüstanda demokratiyanın zəifləməsi və Assambleyanın əvvəlki tövsiyələrinin yerinə yetirilməməsi ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə bağlı ciddi suallar yaradır.

Sənəddə demokratik müxalifət partiyalarının qadağan olunması təşəbbüsü və onların liderlərinə qarşı siyasi motivli hesab edilən məhkəmə təqibləri qəbuledilməz kimi qiymətləndirilib. AŞPA Gürcüstan hakimiyyətini bu istiqamətdə Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianı geri götürməyə çağırıb.

Qətnamədə həmçinin vurğulanıb ki, demokratik müxalifətin, vətəndaş cəmiyyətinin və müstəqil medianın fəaliyyət imkanlarının məhdudlaşdırılması ölkədə azad və demokratik seçkilərin keçirilməsi üçün zəruri mühitin formalaşmasına mane olur.

Assambleya Gürcüstan hakimiyyətini bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə açıq və inklüziv siyasi dialoqa başlamağa çağırıb.

Sənəddə ifadə və toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin, vətəndaş cəmiyyəti təşkilatlarına, müstəqil mediaya və müxalifət nümayəndələrinə qarşı siyasi motivli təqiblərin dayandırılmasının vacibliyi qeyd olunub.

AŞPA son dövrlərdə qəbul edilən bir sıra qanunvericilik dəyişikliklərinin, o cümlədən "Xarici təsirlərin şəffaflığı haqqında" qanunun, "Xarici agentlərin qeydiyyatı haqqında" qanunun və qrantlarla bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin yenidən nəzərdən keçirilməsini tövsiyə edib.

Qətnamədə etiraz aksiyaları zamanı polis zorakılığı və insan hüquqlarının pozulması ilə bağlı iddiaların hərtərəfli araşdırılmasının vacibliyi də vurğulanıb. Assambleya Tbilisidə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı qadağan olunmuş kimyəvi maddələrdən istifadə edildiyinə dair məlumatlardan narahatlığını ifadə edib və bu iddialarla bağlı müstəqil araşdırma aparılmasına çağırıb.

Bundan başqa, AŞPA Gürcüstanı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməyə və ATƏT-in Moskva Mexanizmi çərçivəsində hazırlanmış hesabatda yer alan tövsiyələri həyata keçirməyə çağırıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
25 июня 2026
Obama Trampa: “Qarşımda olsa, belə danışmazdı” 00:19 AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Şotlandiya Braziliya matçı ləngiyə bilər - SƏBƏB 23:02 İsrail bu sövdələşməni pozmur - Rubio 22:37 Danimarkadan Ukraynaya dəstək: 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək 22:59 ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi 22:31 Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı 21:41 Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı 22:27 "Sabah" Avstriyada ilk yoxlama matçını keçirdi 22:47 700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir 22:25 BMT Livandakı son vəziyyəti açıqladı 22:23 İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO 22:23 İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu 21:28 ABŞ Türkiyəyə reaktiv mühərriklərin satışını təsdiqləyir? 21:58 Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ 21:09 İran ciddi güzəştlərə gedir - Tramp 21:41 ABŞ-də güclü zəlzələ BAŞ VERDİ 20:58 Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər 21:11 Qəbul imtahanından neçə nəfər xaric olunub? 20:51 ABŞ və İranın texniki qrupları bu tarixdə yenidən bir araya gəlir 20:50 İmtahanda bir abituriyent 700 bal topladı - FOTO 20:37 Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir" 20:31 ABŞ beynəlxalq su yollarının ödənişli olmasına qarşı çıxır 20:26 I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan oludu 20:20 Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü 19:54 Все новости