Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsi qadağan olundu

Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsi qadağan olundu
01.11.2025 19:45

Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsinə qadağa tətbiq edilib.

TodayPress TV xəbər verir ki, Gürcüstanda dövlət xərclərinin optimallaşdırılması məqsədilə hazırlanmış yeni qanun bu gündən qüvvəyə minib.

Qanuna əsasən, dövlət sektoru əməkdaşlarının eyni vaxtda bir neçə dövlət qurumunda tam iş günü əsaslı işləmələrinə qadağa qoyulub.

Yeni qaydalara görə, dövlət qulluqçusu artıq başqa dövlət strukturunda ödənişli vəzifə tuta bilməz. Əgər şəxs iki dövlət vəzifəsində çalışırsa, o, hər iki vəzifədən azad ediləcək, 2 il ərzində dövlət qulluğunda işləmək hüququnu itirəcək və əlavə qazancı dövlət büdcəsinə geri qaytarmalı olacaq.

Bununla belə, qanunda müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, müəyyən hallarda bir şəxs yalnız bir illik müqavilə əsasında iki və ya daha çox dövlət qurumunda çalışma hüququna malik ola bilər.

Baş nazir İrakli Kobaxidze bu dəyişiklikləri belə şərh edib:

"Nəzəri baxımdan bir şəxsin eyni vaxtda iki və ya üç işi tam iş qaydası ilə yerinə yetirməsi mümkün deyil. Bu praktika dəyişməlidir. Yeni qaydalar çərçivəsində həm xərclər, həm də kadrlar optimallaşdırılacaq, dövlət xidməti daha səmərəli işləyəcək."

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 Все новости