Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO

Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO
15.07.2026 11:14

Fransanın Sena və Marna departamentində yerləşən Fontainebleau meşəsində baş verən yanğın  hələ də nəzarət altına alınmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Euro News məlumat yayıb.                                                                                                                                                                                                          Məlumata görə, yanğın nəticəsində indiyədək təxminən 1 500 hektar meşə sahəsi yanıb. Daha sonra Fontainebleau şəhəri yaxınlığında ikinci yanğın da qeydə alınıb və əlavə 300–400 hektar ərazi alovun təsirinə məruz qalıb. 

Yanğının söndürülməsinə 850 yanğınsöndürən, 200 yerüstü texnika, 4 "Canadair" yanğınsöndürmə təyyarəsi, 2 "Dash" tipli təyyarə və 3 helikopter cəlb olunub.

Sena və Marna departamentinin prefekti Pierre Ori bildirib ki, bölgədə baş verən yanğın miqyası və ona qarşı səfərbər edilən qüvvələr fövqəladə xarakter daşıyır.

Rəsmilər bildiriblər ki, yanğın hazırda Fontainebleau şəhərinin mərkəzinə təhlükə yaratmasa da, ehtiyat tədbiri olaraq meşə kənarında yerləşən düşərgə də daxil olmaqla, təxminən 1 000 nəfər təxliyə edilib. Şəhər yaxınlığından keçən A6 avtomobil magistralı isə müvəqqəti bağlanıb.

Fransanın daxili işlər naziri Loran Nunez yanğının qəsdən törədilməsi ehtimalı ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb.  Saxlanılanlardan birinin 18 yaşlı gənc olduğu, üzərində alışqan aşkar edildiyi və əllərində his izlərinin olduğu bildirilib.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
15 июля 2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 13:01 Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir 12:43 Slovakiya Prezidenti şəhidlərin xatirəsini andı 12:39 Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur? 12:36 İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya 12:32 18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək 12:12 Путин вернулся словно с собственным гробом под мышкой — Китай вырыл ему яму... 11:55 Загорелся Ормузский пролив, и искра упала на Баб-эль-Мандеб 11:43 Словацкий лидер почтил память Общенационального лидера 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 Путь TRIPP — это часть Зангезурского коридора, но не наоборот — АНАЛИЗ 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 Новая реклама от «Anthropic» вызвала споры: можно ли доверять искусственному интеллекту? 10:48 Убил тысячи людей в Европе, добрался и до Баку — не выходите на улицу в эти часы! 10:41 "Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir? 10:36 Великобритания выдаст Азербайджану гражданина Пакистана, совершившего кибермошенничество 10:32 ЕС и армия Украины объединяются? — Заявление Ляйен 10:12 Все новости