Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi

Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi
03.06.2026 22:30

Almaniyanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq cəhdi uğursuzluqla nəticələnib.

TodayPress TV  xəbər verir ki, BMT Baş Assambleyasında keçirilən gizli səsvermədə Almaniya “Qərbi Avropa və digər dövlətlər” regional qrupunda Portuqaliya və Avstriyaya məğlub olub. Portuqaliya 134, Avstriya 131, Almaniya isə 104 səs toplayıb. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək üçün BMT-yə üzv 193 dövlətin üçdəiki səs çoxluğu tələb olunur.

İndiyədək altı dəfə bu qurumun qeyri-daimi üzvlüyünə seçilən Almaniya sonuncu dəfə 2019-2020-ci illərdə Təhlükəsizlik Şurasında təmsil olunub.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən, federal hökumətin Qəzza müharibəsi ilə bağlı mövqeyinin Almaniyanın namizədliyinə dəstəyin azalmasına təsir edən amillərdən olub.

Seçkilərin nəticələri Almaniyada siyasi müzakirələrə səbəb olub. Yaşıllar Partiyası uğursuzluğa görə Kansler Fridrix Mertsi və xarici işlər naziri Yohan Vadefulu tənqid edib. Xristian Demokrat İttifaqı (CDU) isə nəticəni təəssüf doğuran hal kimi qiymətləndirərək, gələcəkdə Avropa ölkələri arasında daha erkən koordinasiyanın vacibliyini vurğulayıb.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər